Noyabrın 19-da İsrail prezidenti və bu ölkənin bir sıra nazirləri BMT-nin iqlim konfransında - COP29-da iştirak etmək üçün Bakıya gələcək.
İsrailin Calcalist nəşrinin məlumatına görə, noyabrın 19-da İsrail prezidenti İshak Hersoq Bakıya gələcək, burada siyasi görüşlər keçirəcək və konfransda çıxış edəcək.
İranın yaxınlığı ilə əlaqədar təhlükəsizlik problemi nümayəndə heyətinin səfərini çətinləşdirir, deyə nəşr qeyd edir. Buna görə nümayəndə heyəti üzvləri üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
İsrailin kənd təsərrüfatı, elm və innovasiyalar nazirləri Bakıya gəlməkdən imtina ediblər, baxmayaraq ki, onların sahəsi konfransın gündəliyi ilə birbaşa əlaqəlidir.
Nəqliyyat naziri Miri Regeyev də böyük bir komanda ilə Bakıya gələcək. Calcalist iddia edir ki, bu komanda COP29 başa çatdıqdan sonra da Azərbaycanda qalacaq.
Eyni zamanda, İsrailin ekologiya naziri İdit Salman Bakıya gələcək.
Miri Regeyevə gəlincə, noyabrın 20-də o, İsrail pavilyonunda nəqliyyatla bağlı tədbiri açacaq, bu tədbirdə innovasiyaların təqdim ediləcək
Daha sonra o, iki gün ərzində Azərbaycannın nəqliyyat naziri ilə ikitərəfli görüşlər keçirəcək və Bakı Limanına, Metropolitenə, Nəqliyyatı İdarəetmə Mərkəzinə baş çəkəcək.
Nov 20
1 min read
0